Azərbaycanda maliyyə sahəsinə investisiyalar artıb | Banco.az

Azərbaycanda maliyyə sahəsinə investisiyalar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu illik müqayisədə 2,7 dəfə artaraq 7,2 mln. manat təşkil edib.

Beləliklə ilk 8 ay ərzində ölkə iqtisadiyyatına investisiyaların 0,1%-i məhz bu sahə ilə əlaqədar olub.

Rəsmi statistikaya əsasən, 2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,9%-i sənaye, 19,6%-i tikinti, 13,4%-i nəqliyyat və anbar təsərrüfatı, 1,5%-i səhiyyə, 1,3%-i təhsil, hər birində 0,5% olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1%-i olmaqla maliyyə və sığorta, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç