Azərbaycanda kredit kartlarından istifadə genişlənib | Banco.az

Azərbaycanda kredit kartlarından istifadə genişlənib

Noyabrın 1-nə ölkədə olan kredit kartlarının sayı 799 min ədədə çatıb.

Mərkəzi Bankın verdiyi xəbərə görə, ilin əvvəlindən kredit kartlarının sayında təxminən 2 dəfə artım qeydə alınıb.

Ümumiyyətlə, ölkədə olan cəmi ödəniş kartlarının sayı isə 5 363 min ədəd olub ki, bunun da 2 404 min ədədini sosial, 1 422 min ədədini əmək haqqı kartları təşkil edib.

Bildirək ki, 1 noyabr tarixinə olan məlumata əsasən, debet və kredit kartları ilə 901 mln. manat həcmində 6101 min əməliyyat həyata keçirilib. Bu isə əməliyyatların həcminin illik 13%-dən çox, sayının isə 19 % artması deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

gun.az

Ən sərfəli krediti almaq üçün müraciət et