Azərbaycanda kommersiya təşkilatlarının 91,9 faizini mikro müəssisələr təşkil edir | Banco.az

Azərbaycanda kommersiya təşkilatlarının 91,9 faizini mikro müəssisələr təşkil edir

İyulun 1-nə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,9 faizini mikro müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (31,3 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (17,2 faiz), tikinti (10,5 faiz) və kənd təsərrüfatı (8,8 faiz) sahələrində yaradılıb. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,5 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (27 faiz), tikinti (12,5 faiz), emal sənayesi (10,2 faiz) və peşə, elmi və texniki fəaliyyət (7 faiz) sahələrində yaradılıb. Kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (23,1 faiz), tikinti (17,3 faiz), emal sənayesi (10,7 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,2 faiz) sahələrində yaradılıb. Kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (17,4 faiz), emal sənayesi (14,8 faiz), tikinti (13,1 faiz) və nəqliyyat və anbar təsərrüfatı (7,6 faiz) sahələrində yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Mikro müəssisələrin 59,8 faizi Bakıda, 11,8 faizi Aran, 7,5 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax, 5,2 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik müəssisələrin 64,7 faizi Bakıda, 8,7 faizi Aran, 6,4 faizi Gəncə-Qazax, 5,8 faizi Abşeron, 3,6 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Orta müəssisələrin 62,8 faizi Bakıda, 10,1 faizi Aran, 5,8 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax, 4,2 Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda, iri müəssisələrin 74,2 faizi Bakıda, 7,1 faizi Aran, 5,1 faizi Abşeron, 4,7 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda açılıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et