Azərbaycanda ipoteka kreditlərini ən çox kim alır? | Banco.az

Azərbaycanda ipoteka kreditlərini ən çox kim alır?

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən kreditlərin 39,5 faizi dövlət sektorunda işləyən vətəndaşların payına düşür. Məlumata görə, bu barədə AİF-in cari ilin 9 ayının yekunu üzrə statistik hesabatında deyilir.

Verilən kreditlərin ümumi həcminin 23,3 faizi özəl müəssisə və firma işçilərinin, 21,5 faizi maliyyə sektorunun əməkdaşlarının, 15,8 faizi isə iqtisadiyyatın neft sektorunda məşğul olan işçilərin payına düşüb.

Bu ilin yanvar-sentyabrında AİF-in xətti üzrə 23,28 milyon məbləğində kredit verilib ki, bu da mənzil maliyyələşdirilməsinin ümumi həcmini 613,89 milyon manatadək çatdırmağa imkan verib. İpoteka krediti almış borcalanların ümumi sayı 15 425 nəfərə çatıb.

Dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə cəmi 216 milyon manat ayrılıb. 2014-cü il oktyabrın 1-nə olan məlumata görə, güzəştli əsaslarla 115,3 milyon manat dəyərində 3216 kredit verilib.

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, AİF-in xətti ilə adi ipoteka çərçivəsində 410,01 milyon manat məbləğində kredit verilib. Adi ipoteka ipotela istiqrazlarının yerləşdirilməsindən cəlb edilmiş vəsaitlərdən təqdim edilir.

Milli.Az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et