Azərbaycanda ipoteka krediti götürənlərin 51%-nin məvacibi 1100 manatdan yüksəkdir - TƏHLİL | Banco.az

Azərbaycanda ipoteka krediti götürənlərin 51%-nin məvacibi 1100 manatdan yüksəkdir - TƏHLİL

2018-ci ildə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) xətti ilə 392 mln. manat həcmində ipoteka krediti verilib.

Bu barədə məlumat fondun saytında yerləşdirilib. Hesabat dövründə verilən ipoteka kreditlərinin 109 mln. manatını güzəştli, 283 mln. manatını adi ipoteka kreditləri təşkil edib. Bununla da 2006-cı ildən bu ilin yanvarın 1-dək Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,210 mlrd. manata çatıb.

Kreditlər üzrə təhlil

Ötən il Fond 243 mln. manatlıq ipoteka kreditini yenidən maliyyələşdirib.

2018-ci ildə AİKZF 3 960 ipoteka kreditini rəsmiləşdirib ki, bunun da 1 212-si güzəştli ipoteka krediti olub. Ümumiyyətlə, 2018-ci ilin yanvarın 1-nə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 037-yə çatıb. 2006-cı ildən indiyədək 7 450 ədəd güzəştli ipoteka krediti verilib.

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 50 mln. manat dövlət büdcəsi, 200 mln. manatı isə qiymətli kağızların payına düşüb.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 24,3%-i Xətai, 16,8%-i Yasamal, 13,6%-i Binəqədi, 9,8%-i Nəsimi, 9,8%-i Nizami, 7%-i Nərimanov, 6,5%-i Suraxanı, 4,1%-i Sabunçu, 4%-i Səbail, 2,8%-i Qaradağ və 1,3%-i Xəzər rayonlarının payına düşür.

Borcalanlar üzrə təhlil

Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 83%-ni kişilər, 17%-ni qadınlar təşkil edir.

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 50%-i evli, 50%-i subaydır.

Borcalanların 36%-i 18-29 yaş, 34%-i 30-35 yaş arasında, 30%-i isə 36 yaşdan uxarı olub.

İpoteka krediti alanların 47%-i dövlət sektorunda, 53%-i özəl sektorda çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 21%-i hərbi, 20%-i bank və sığorta qurumlarında, 13%-i energetika, 9%-i hüquq-mühafizə xidmətləri, 4%-i yerli və xarici dövlət qurumu, 3%-i təhsil, 3% rabitə, hərəsi 2% olmaqla səhiyyə, nəqliyyat, tikinti, hərəsi 1% olmaqla sahibkarlıq fəaliyyəti və xidmət, eləcə də 19%-i digər sahələrin payına düşür.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 73,7%-ni hərbi qulluqçular, 11,8%-ni dövlət qulluqçuları, 7,6%-ni məcburi köçkünlər, 6,9%-ni elmlər namizədləri, idmançılar, müəllimlər, şəhid ailələri və digərləri təşkil edib.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 51%-nin məvacibi 1 101 manatdan yüksəkdir. İpotekadan yararlananların 17%-nin maaşı 701-900 manat, 16%-nin 901-110012%-nin 501-7004%-nin 500 manatdan aşağıdır.

 

İpoteka predmeti üzrə təhlil

 

İpoteka yolu ilə alınan mənzillərin 38%-nin qiyməti 60 000-90 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 30%-nin dəyəri 30 000-60 000 manat, 14%-nin 90 000-120 000 manatdır, 17%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 1%-nin qiyməti 30 min manatdan aşağı olub.

 

 

Bu mənzillərin 30%-nin sahəsi 41-6029%-nin 61-8016%-nin 81-1007%-nin 101-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 5%-nin sahəsi 40 kvadratmetrdən azdır, 12%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 93,6%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 6,4%-ni isə həyət evləri təşkil edir.

 

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et