Azərbaycanda elektrik enerjisinin istehsalı arta bilər | Banco.az

Azərbaycanda elektrik enerjisinin istehsalı arta bilər

Ölkədə 2020-ci ildə elektrik enerjisinin istehsalı 27,5-28 mlrd. kVt-saatadək artırıla bilər. Hesablamalar zamanı ötən il istehsal edilən elektrik enerjisinin həcmi, bu il istehsalda müşahidə edilən artım templəri və cari ilin sentyabr ayında istismara verilən "Şimal-2" elektrik stansiyasının istehsal gücü nəzərə alınıb.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 23.243,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. "Şimal-2" elektrik stansiyası il ərzində 3,2 milyard kVt-saat elektrik enerji istehsal edəcəyini və bu il ölkədə istehsal edilən elektrik enerjinin aylıq göstəricilərini nəzərə alaraq (ortalama 5 faiz artım), gələn il 27,5-28 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilə bilər.

Xatırladaq ki, "Şimal" elektrik stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 mlrd. kVt-saat elektrik enerji istehsal edəcək və hər bir kVt-saat elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf olunacaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faiz, Bakı və Abşeron yarımadası üzrə 40-50 faiz təşkil edəcək. "Şimal" elektrik stansiyası enerji sisteminin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 mln. kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 mln. kVt-saat elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et