Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb | Banco.az

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət “Meqa Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 11 milyon manat, qanuni təmsilçisi isə bir qədər əvvəl “Meqa Sığorta”nın Direktorlar Şurasını tərk etmiş Hamlet Xosrov oğlu Qarayevdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda Azərbaycanda 4 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta”, "Xalq Həyat Sığorta" və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et