Azərbaycanda bu xidmətə görə kriptovalyutalarla ödəniş etmək mümkündür | Banco.az

Azərbaycanda bu xidmətə görə kriptovalyutalarla ödəniş etmək mümkündür

Azərbaycanda ilk dəfə olaraq ödəniş vasitəsi kimi otel bronlamasında kriptovalyutadan istifadə mümkün olub. Belə ki, ölkəmizdə fəaliyyət göstərən Hotels24 otel və aviabilet bronlama xidməti , müştərilərindən ödənişi, kriptovalyutalarla qəbul edir. Hotels24-ün təsisçisi Samir Nəbiyev açıqlaması zamanı ödənişin nəinki bank kartları ilə həmçinin  bitcoin, bitcoincash, bitcoin gold, litecoin və dash kriptovalyutaları ilə mümkün olduğunu bildirib.

Qeyd edək ki, kriptovalyuta ilə otel bronlaması xidmət tərəfindən yalnız Azərbaycan daxili otellərə aid edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, Hotels24 xidməti  vasitəsi ilə dünyanın istənilən nöqtəsində otel bronlamaq və aviabilet sifariş etmək mümkündür.

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et