Azərbaycanda bu il sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 100 milyon manatı keçib | Banco.az

Azərbaycanda bu il sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 100 milyon manatı keçib

Bu ilin əvvəlindən Azərbaycanda dövründə investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Güzəştli kreditlərin 96,3%-i kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et