Azərbaycanda blockchain texnologiyaları ilə bağlı mərkəz yaradıla bilər | Banco.az

Azərbaycanda blockchain texnologiyaları ilə bağlı mərkəz yaradıla bilər

Azərbaycan İnternet Forumu (AİF) ölkədə kriptovalyuta bazarının və blockchain texnologiyalarının tədqiqi və inkişafı üzrə mərkəzin yaradılması təşəbbüsü ilə çıxış edib.

Bunu AİF-in sədri Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu mərkəzə bazarda maraqlı olan iştirakçılar daxil ola bilər:

“Həmin mərkəz müntəzəm olaraq görüşlər təşkil edəcək və kriptovalyuta və blockchain ilə bağlı məsələlərin müzakirəsini təşkil edəcək. Bundan başqa, burada məsləhət xidmətləri bu sahənin hüquqi nizamlanması üzrə təkliflər hazırlanacaq”.

AİF sədri həmçinin Azərbaycanda kriptovalyuta bazarının və blockchain texnologiyalarının inkişafı üçün vacib olan məqamları qeyd edib:

Ən sərfəli kredit üçün müraciət et

“Treydinq sahəsində maarifləndirmə işinin aparılması vacibdir, çünki bu sahədə investisiya qoyuluşları risklərlə müşayiət olunur. Bir çoxları bu barədə məlumatsızdır. Digər vacib məqam isə bu sahənin hüquqi nizamlanması, o cümlədən risklərin sığortalanmasıdır”.

O.Gündüz əlavə edib ki, bu sahələrdə müəyyən uğurlar əldə etmiş qonşu ölkələrin təcrübəsini öyrənmək lazımdır:

“Bu gün qonşu ölkələrdə kriptovalyuta bazarı böyük gəlirlər gətirir, bizim bazar haqqında isə bunu demək olmaz. Azərbaycanda dövlət səviyyəsində bu sahədə işçi qrupu yaradılıb. Təəssüf ki, biz bu strukturun nə ilə məşğul olduğunu bilmirik. Fikrimcə, onun fəaliyyəti daha şəfaf olmalı və bu struktura müstəqil ekspertlər daxil edilməlidir”.

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et