Azərbaycanda birjadankənar əqdlərə maraq artıb | Banco.az

Azərbaycanda birjadankənar əqdlərə maraq artıb

Milli Depozit Mərkəzində (MDM) 2016-cı ildə 3 383 əqd qeydə alınıb. MDM-ə istinadən xəbər verilir ki, bu, 2015-ci illə müqayisədə 1 445 ədəd və yaxud 30% azdır.

Ötən il qeydə alınmış əqdlərin 63,6%-i və yaxud 2 152-si birjada, 13%-i və yaxud 440-ı birjadankənar, 23,4%-i və 791-i isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 49,5% və yaxud 2 113 ədəd azalıb, birjadankənar əqdlərin sayı 27,9% və yaxud 96 ədəd artıb, əlavə emissiya əqdlərinin sayı isə 3,6 dəfə və yaxud 500 ədəd artıb.

Hesabat ilində MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 5 441 234 666 manat olub. Bu, 2015-ci illə müqayisədə 9,4% və yaxud 467 393 952 manat çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il ümumi dövriyyənin 4,7%-i və yaxud 256 506 234 manatı birjada, 4,5%-i və yaxud 242 357 560 manatı birjadankənar, 90,8%-i və yaxud 4 942 370 872 manatı əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 85,5% və yaxud 1 517 435 844 manat azalıb, birjadankənar dövriyyə 14,4% və yaxud 40 648 242 manat azalıb, əlavə emissiya dövriyyəsi isə 69,4% və yaxud 2 025 478 038 manat artıb.

Keçən il MDM 48 emitentlə müqavilə bağlayıb. Bu, 2015-ci illə müqayisədə 2,1% və yaxud 1 vahid çoxdur. 

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et