Azərbaycanda Big4 şirkətlərində işləmək üçün əldə etməli olduğunuz 5 bacarıq! | Banco.az

Azərbaycanda Big4 şirkətlərində işləmək üçün əldə etməli olduğunuz 5 bacarıq!

Auditor olmaq mənim kimi, bütün maliyyə oxuyanların arzusudur. Bəli bilirəm, yerli konsaltinq şirkətləri kifayət qədər çoxdur. Hətta hər gün bir konsaltinq şirkəti açılır desəm, məncə çox düzgün bir ifadə işlədərəm. Amma qlobal dünyada hal-hazırda yerli konsaltinq şirkətləri yox, qlobal bazarda boy göstərən şirkətlər daha çoxdur. Ümumiyyətlə, gəlin burda razılaşaq ki, iş imkanları və maaş cəhətdən qlobal şirkətlər daha yaxşı görünür. Məsələn sizə bir misal verim, iki maliyyəçi dostum var, biri keçən il amerikaya getdi, biri də bu il qlobal konsaltinq şirkətlərindən birinə işə qəbul oldu. Amerikada işləyən maliyyəçi dostum öz ixtisası üzrə işləyə bilmir, hansı ki özünə biznes qurub o işdən pul qazanır, tamam qəbul edirəm gəliri çox yaxşıdı, amma qlobal audit şirkətlərinin  birində işləyən maliyyəçi dostum bu ilin sonu başqa bir ölkənin Big4 şirkətlərinin birinə işə qəbul alıb. O isə xoşbəxtdir, çünki həm gəliri onu qane edir, həm sevdiyi sahədədir, həm də bundan sonra xaricdə yaşayacaq. 

Qlobal bazarda isə ən çox tanınmış audit şirkətləri isə BİG4 adlanan dördlükdür. Bu şirkətlərə PwC, EY, KPMG və Deloitte şirkətləri daxildir. Bu şirkətlər illərdir ki, Azərbaycan bazarlarında var. Məsələn EY şirkəti 20 ildir ki, bizim ölkədə fəaliyyət göstərir, 170-dən çox isə işçisi var, Deloitte şirkətində isə bu rəqəm 120-dir.  Pwc isə 1995-ci 10 heyətlə bu işə başlayıb, ində isə 140-dan çox işçi heyəti mövcuddur, KPMG şirkətinin isə Azərbaycana gəlişi 1998-ci ildədir və hazırda 150 işçi heyəti mövcuddur. Yəni uzun sözün qısası bu şirkətlər illərdir Azərbaycanda fəaliyyət göstərir və çox  böyük nailiyyətlər ediblər. Əgər sizdə mənim kimi karyeranıza bu şirkətlərin birində başlamaq istəyirsinizsə doğru məqaləni oxuyursunuz. Bu şirkətlərin imtahanına hər girdiyimdə çoxlu dərslər alıram və çalışıram ki, o birisi imtahanda bu səhvləri etməyim. Ümumiyyətlə BİG4 şirkətlərində işə başlamaq üçün əldə etməli olduğunuz bəzi bacarıqlar lazımdır. Bu gün həmin bacarıqlar barədə yazacam. 

1) Vaxtınızı düzgün idarə edə bilməlisiniz.

Məsləhət verməyi xoşlamıram, ona görə də məsləhət vermək kimi çıxmasın amma BİG4 şirkətlərin imtahanında ən yaralı yerim vaxtı idarə edə bilməməyimdir. Yəni nə qədər yaxşı riyaziyyat biliyin olur olsun, mütləq vaxt həmişə problem olur. Burada verdiyim imtahanlar sayəsində hər dəqiqəmin daha dəyərli olduğunu və vaxt itirməyin çox pis bir şey olduğunu çox yaxşı başa düşdüm. Ümumiyyətlə belə şirkətlərə müraciət edənlər vaxtın idarə edilməsi üzrə çoxlu işləsinlər, hətta təklif edərdim ki, tapşırıqları müəyyən vaxt içərisində etməyi planlasınlar.

Ən sərfəli kredit üçün müraciət et

2) Çox sürətli düşünüb, çox sürətli qərar verməlisiniz.

Yəqin indi deyirsiniz ki, "bu da vaxtla eyni şeydidə". Xeyr əzizlərim, eyni deyil. Mən burada sürətli olmağı təkcə vaxtda deyil, eyni zamanda yazmaqda, düşünməkdə, qərar vermədə nəzər tuturam. Çünki imtahanda nə qədər ləng olsanız, o qədər vaxtınızı düzgün idarə edə bilməyəcəksiniz. Yəni sizin vaxtı idarə edə bilməyiniz sürətli olmağınızdan asılıdır. 

3) Mükəmməl ingilis diliniz olmalıdır.

BİG4 imtahanlarında ingilis dili səviyyəniz "intermediate" -dən yuxarı olmalıdır ki, ən azından testlərdə nədən söhbət getdiyini yaxşı biləsiniz. Adətən burada ingilis dili maliyyə və biznes sahələri üzrə olur, yəni bu sahəyə aid terminləri çox yaxşı bilməlisiniz. Həm də bu şirkətlər qlobal olduğundan imtahanları Azərbaycan dilində  və ya rus dilində olmur, ancaq xarici dil olaraq yüksək səviyyədə ingilis dili tələb olunur.

4) Analitik olmalısınız, beyninizdə hesablaya bilməlisiniz.

Ümumiyyətlə imtahanlarda ən çox vaxt aparan şey hesablama hissəsidir. Əgər beyninizdə vurub, bölmə bacarıqlarınız yaxşı səviyyədədirsə, deməli 1-0 öndəsiniz deyə bilərəm. Çünki yaxşı hesablama qabiliyyəti sizin əlavə vaxt qazanmanız deməkdir, Əgər bu bacarığınız yoxdursa, elə indidən başlayın deyirəm. 

5) Maliyyə, mühasibatlıq, vergi sahəsində anlayışlarınız olmalıdır

Testlərin əksəriyyətində yuxarıda yazdığım üç sahəyə aid ifadələr, terminlər və suallar mövcuddur. Ona görə də əgər bunlardan ən azı birindən anlayışınız yoxdursa mütləq həmin sahəni möhkəmləndirin.  Ya özünüz oxuyaraq, ya da ki kursa gedərək. Amma heç birin etmədən imtahanlara girməyin, sonda özünüz peşman olacaqsınz məndən deməsi.  

Ən sərfəli krediti almaq üçün müraciət et