"Azərbaycanda bankların rəqəmsallaşması zəifdir" | Banco.az

"Azərbaycanda bankların rəqəmsallaşması zəifdir"

Azərbaycanda banklar rəqəmsallaşma prosesində MDB-nin digər ölkələrindən geri qalır. “Moody`s” Beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər.

“Azərbaycanda plastik kartlar üzrə dövriyyə əhalinin gəlirlərinin təxminən 6%-ni təşkil edir və bu göstərici üzrə ölkə MDB-də yalnız Tacikistanı qabaqlayır. Onlayn bank hesablarının sayı isə ümumi hesabların sayının cəmi 7%-ni təşkil edir, bu da MDB ölkələri arasında ən pis göstəricidir”, - agentliyin MDB ölklərinin bank sektorlarının rəqəmsallaşmasına dair hesabatda deyilir.

Agentliyin məlumatına əsasən, həmçinin Azərbaycan mobil rabitənin yayılması üzrə regionun digər ölkələrindən bir qədər geridə qalır. “Əgər MDB ölkələri arasında hər 100 nəfərə orta göstərici 136 SIM-kart təşkil edirsə, Azərbaycanda bu göstərici hər 100 nəfərə 103 nömrə təşkil edir. MDB ölkləri arasında Azərbaycan bu göstərici üzrə Moldova, Tacikistan və Özbəkistanı geridə qoyur”, - hesabatda vurğulanır.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, “Moody`s”in məlumatına görə, İnternetin yayılması üzrə Azərbaycan MDB ölkələrini mühüm dərəcədə geridə qoyur - əhalinin 79%-i İnternet şəbəkəsi istifadəçisidir, baxmayaraq ki, MDB üzrə orta göstərici 68% təşkil edir. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. 

© İnterfax-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et