Azərbaycanda bankların imtahanlarına düşən 3 tip sual forması | Banco.az

Azərbaycanda bankların imtahanlarına düşən 3 tip sual forması

Hazırda banklarımız gündə təcrübə proqramı, vakansiya elan edir, bu isə banklarda iş yerlərinin sayının yetərincə çox olması anlamına gəlir. Hətta banco.az-ın vakansiyalar bölməsinə də nəzər yetirməklə bunu rahatlıqla görə bilərik. Amma bu o qədər də üstünlük anlamına gəlmir. Belə ki, boş iş yerlərinin sayı artdıqca bankların işə qəbul mərhələləri də çətinləşir. Adətən keçən aylarda bankların işə qəbul imtahanlarından kəsilən onlarla gənc barədə xəbər almışam. Bu isə yazdığım fikirləri bir daha təsdiqləyir.

Bəs bankların işə qəbul imtahanlarına necə hazırlaşa bilərik? Əslində çox maraqlı sual idi. Banklar əsasən iş üçün müraciət etmiş namizədin əvvəlcə riyazi məntiqini yoxlayır. Bunu da məntiqli hesab etmək olar. Türklər demişkən, bank işi hesab-kitab işi, əksiyini və artığını bilməlisən. Riyazi məntiq testləri adətən banklarda eyni səviyyədə olur. 

Təbii ki, suallar çox vaxt isə az olacaq. Çünki onsuz bu imtahan sizin 2+2=4 bərabərliyini tapa biləcəyinizi yox, həmin bərabərliyi nə qədər tez həll edə biləcəyinizi yoxlayır.  Ümumi olaraq ortalama vaxt maksimum 10-20 dəqiqə olur. Dəqiqə sayı artıqca sual sayı da artır. Yəni bankların imtahanlarında belə olduğunu görmüşəm. Odur ki, hazırlaşarkən dəqiq və operativ olmağa çalışmağınız əsas məqsəd olmalıdır. 

Bəs nələr üzərində fokuslanmalısınız, hansı testləri işləməlisiniz? . Əslində banco.az -da bu barədə məqalə var,  necə test tiplərinin imtahan düşəcəyi barədə. 

1) Banklarda imtahana necə suallar düşür?

2) Unibankda imtahana necə suallar düşür?

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıdakı linklərə baxsaq  aşağıda yazılmış üç sual tipini görə bilərik. Gəlin nəzərdən keçirək.

1) Faiz məsələləri

İmtahana ən çox düşən sual tiplərindəndir. Ümumiyyətlə bankın bir sıra məhsullarında faiz məsələləri olduğundan bu məqsədlə imtahana salınır. Bu məsələlər haqqında youtube-da olduqca çox video mövcuddur. Elə birin mən qeyd edim.

2) Rəqəm məntiqi

Daha çox ardıcıllıq şəklində düşür belə suallar. Hətta google-da araşdırsanız ardıcıllıqlar barədə çoxlu vəsait tapa bilərsiniz. Birin mən qeyd edim yenə.

3) Fiqur məntiqi

Rəqəmsal məntiqdən fərqli olaraq, fiqur məntiqində daha çətin testlər düşə bilir və ən çox vaxt alan bölmə olur. Mənim məsləhətim bunun üzərində çox məşğul olmaqdır. Praktiki olaraq sizə aşağıdakı mənbəni təklif edə bilərəm

Ən sərfəli krediti almaq üçün müraciət et