Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 590 mln. manat kompensasiya ödənilib | Banco.az

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 590 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 590,131 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,883 mln. manat, “Zaminbank” ASC - 51,022 mln. manat, “Kredobank” ASC - 23,075 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,11 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 319,269 mln. manat kompensasiya alıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et