Azərbaycanda avtomobillərin sığortası bahalaşacaq | Banco.az

Azərbaycanda avtomobillərin sığortası bahalaşacaq

Azərbaycanda avtomobillərin "Avro-4" standartlarına keçidi avtomobil sığortasına da təsirsiz ötüşməyəcək. Sığorta şirkətlərindən verilən məlumata görə, dəyişiklik digər məsələlərlə yanaşı, sığorta haqlarının da artımına səbəb olacaq.
“AzərSığorta” şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Ağakişiyev bildirib ki, "Avro-4" standartları tətbiqi maşınların icbarı sığortasına təsir göstərməsə də, KASKO sığortada qiymət artımlarına səbəb olacaq: “İcbari sığortada sığorta haqları avtomobilin ilindən yox, mühərrikin həcmindən asılı olduğuna görə, yeni standartın tətbiqi bu məsələyə təsir etməyəcək". KASKO sığortada isə sığorta haqları avtomobilin ilindən də asılı olduğuna görə dəyişiklik hiss olunmalıdır: "Daha  yeni avtomobillərin ölkəyə gətirilməsi, eyni zamanda gömrük rüsumları avtomobil  bazarında qiymət artımına səbəb olacaq. Sığorta qiymətlərini də  bazar qiymətləri əsasında  tənzimləyirik”.
O.Ağakişiyev bildirib ki, "Avro-4"ün tətbiqi qəzaların və sığorta hadisələrinin sayını azaldacaq. Nəticədə yeni maşınları sığortalamaq sığorta şirkəti üçün daha sərfəlidir: “2002-ci ilin 5 min manatlıq  avtomobilini 3%-lə (150 manat) sığortalamaqdansa, 2005-ci ilin 10 min manatlıq maşınını sığortalamaq daha sərfəlidir. Düzdür, köhnə avtomobillərin ehtiyat hissələri ucuzdur. Buna görə də onların təmiri daha ucuz başa gəlir. Əvəzində, yeni avtomobillərin daha dözümlü olması, texniki imkanları, əyləc, park radar sistemlərinin təkmilləşməsi qəza risklərini azaltmış olur”.  

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et