Azərbaycanda Aİ-95 və Aİ-98 benzinləri azad bazarda satılacaq | Banco.az

Azərbaycanda Aİ-95 və Aİ-98 benzinləri azad bazarda satılacaq

Azərbaycanda Aİ-95 benzinin istehsalının dayandırılması və onun idxal edilməsi neft məhsulları bazarında rəqabət yaradacaq.

Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Aİ-95 və Aİ-98 benzinləri açıq bazarda satılacaq.

Nazir bazara nəzarət olacağını da əlavə edib.

Nazir qeyd edib ki, hər kəsə benzin idxal etmək və bazarda rəqabət yaratmaq imkanı veriləcək:

Ən sərfəli kredit üçün müraciət et

“Amma bu yalnız Aİ-95 və Aİ-98 benzinlərinə aid olacaq”.

Qeyd edək ki, Azərbaycanda benzin çatışmazlığı yarandığından benzin ixracı dayandırılıb.

Dövlət Neft Şirkəti Aİ-95 benzinin istehsalını dayandırmaq və tam şəkildə Aİ-92 benzinin istehsalına keçmək üçün hökumətə müraciət edib.

Gün.Az

Ən sərfəli krediti almaq üçün müraciət et