Azərbaycanda 970 min nəfərdən artıq vergi ödəyicisi var | Banco.az

Azərbaycanda 970 min nəfərdən artıq vergi ödəyicisi var

2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergi ödəyicilərinin sayı 970.340-a çatıb.

2018-ci il ərzində uçota alınmış 35.729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergi ödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergi ödəyicilərinin 50,4 faizi regionların payına düşüb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et