Azərbaycanda 4 bank Mərkəzi Banka borcunu tam qaytarıb | Banco.az

Azərbaycanda 4 bank Mərkəzi Banka borcunu tam qaytarıb

Bu il iyulun 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

Bu banklardan 4-ü - "Bank of Baku", "Xalq Bank", "Muğan Bank" və "Nikoyl Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.

Bununla yanaşı, 4 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Günay Bank", "AGBank", "Atabank" və "Bank BTB"dir. Ən çox azalma "Bank BTB"də (88,5% az), ən az azalma isə "Günay Bank"da (9,8%) qeydə alınıb.

1 bankın - "Premium Bank"ın tənzimləyici quruma borcu 9 dəfə artıb.

Ən sərfəli kredit üçün müraciət et

12 bankın - "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın son 1 ildə AMB qarşısında öhdəliyi olmayıb, 1 bankın - "Kapital Bank"ın isə tənzimləyici qurum qarşısında öhdəliyi ötən ilin IV rübündə yaranıb. Odur ki, bu bankların AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et