Azərbaycanda 3 investisiya şirkətinin nizamnamə kapitalı 1 milyon manatdan çoxdur | Banco.az

Azərbaycanda 3 investisiya şirkətinin nizamnamə kapitalı 1 milyon manatdan çoxdur

Bu il yanvarın 1-nə, Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün nizamnamə kapitalı 1 milyon manatdan çoxdur.

Həmin investisiya şirkətləri "PSG Kapital", "İnvest-AZ" və "Azfinance"dır.

Qalan 5 investisiya şirkətinin nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.  

Ən sərfəli kredit üçün müraciət et

8 investisiya şirkətindən 2-si 2018-ci ildə nizamnamə kapitalını artırıb. Bunlar "PSG Kapital" və "İnvest-AZ" investisiya şirkətləridir. 5 investisiya şirkətinin - "Azfinance", "PAŞA Kapital", "Plato Capital and Co.", "Unucapital" və "Xalq Kapital"ın nizamnamə kapitalında dəyişiklik olmayıb, 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olduğu üçün onun nizamnamə kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et