Azərbaycanda 2 bankın gəlirləri dəyişməyib | Banco.az

Azərbaycanda 2 bankın gəlirləri dəyişməyib

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın ötən ilki gəlirləri əvvəlki ilə nisbətən az olub. 

Bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Atabank", "Azər-Türk Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (55,8%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (4,5%) qeydə alınıb.

2 bankın - "Bank of Baku" və "Xalq Bank"ın gəlirləri demək olar ki, dəyişməyib.

Qalan 22 bankın isə gəlirləri artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan" da (5,2 dəfə), ən aşağı dinamika isə "Günay Bank"da (4,3%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

 

5 bankın gəlirləri 30 milyon manatdan çoxdur

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin gəlirləri 30 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (138,044 milyon manat), "Kapital Bank" (129,344 milyon manat), "PAŞA Bank" (62,111 milyon manat), "Access Bank" (45,357 milyon manat) və "Xalq Bank"dır (30,122 milyon manat).

Qalan 25 bankdan 11-də gəlirlər 10-25 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et