Azərbaycanda 195 min unsiya qızıl ehtiyatı olan yataqda işə başlanacaq | Banco.az

Azərbaycanda 195 min unsiya qızıl ehtiyatı olan yataqda işə başlanacaq

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ötən il Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağı və hasilatı aparılan mədənlərlə bağlı planlarını açıqlayıb.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, plana uyğun olaraq bu ilin IV rübündə “Uğur” qızıl yatağından hasilata başlanması gözlənilir.

Şirkət mineral və filiz ehtiyatı hesabatının bu ilin III rübündə tamamlanmasına imkan verən əsas və tərs dövriyyə qazma və təhlil işlərini tamamlayıb. Məlumata görə, ətraf mühitə təsirin qiymətləndirilməsi işləri də yekunlaşıb.

İlkin hesablamalar göstərir ki, “Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı elan edilə bilər. Torpağın üst qatının ilkin qazma işlərinə iyulun sonunda başlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən digər qızıl yataqları ilə bağlı qeyd olunub ki, “Gədəbəy” yatağının daha geniş tədqiqi planlaşdırılır. Hazırda burada 61 tərs dövriyyə çuxuru üzrə işlər davam edir, iki özək qazma çuxuru isə tamamlanıb.

Şirkətdən bildirilib ki, “Qadir” yeraltı mədəni arasındakı tunel ilə “Gədəbəy” açıq yatağının aşağıya doğru uzantısının 465 metrindən 216 metri tamamlanıb.

Şirkətin 2017-ci il üzrə strategiyasının ilin IV rübündən başlayaraq hasilata müsbət təsir göstərəcəyi qeyd olunub. Bu rübdə şirkətin “Qadir” və “Qoşa” mədənlərindən hasilata yenidən başlayacağı da gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et