Azərbaycanda 1000 manatdan yuxarı maaş alan şəxslər | Banco.az

Azərbaycanda 1000 manatdan yuxarı maaş alan şəxslər

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla işləyən işçilərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il sentyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 24 600 nəfər məşğul olub ki, bunun 4700-ü dövlət, 19,900-ü isə qeyri-dövlət sahəsinə aiddir.

İyul ayı ilə müqayisədə avqustda maliyyə və sığorta işçilərinin sayı dəyişməyib. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 100 nəfər və ya 0,5% artıb.

Hesabat dövründə bir ay ərzində orta hesabla 149,4 saat işləyən maliyyə və sığortaçılar orta hesabla 1480,7 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1430,5 manat, qeyri-dövlət sahəsində 1492,4manat olub. İyul ayı ilə müqayisədə avqustda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 9,9 manat və ya 0,7% azalıb. Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əməkhaqqının məbləğinə görə ölkə üzrə ikinci yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı 1695 olub ki, bunlardan 1470-i kiçik müəssisə və təşkilatdır. Bu sahədə fərdi sahibkarların sayı 1793 nəfər olub. Bunlardan 1347-si kişi, 446-sı qadınlardır.

Qeyd edək ki, bu ilin 9 ayında 83 yeni müəssisə və təşkilat yaradılıb, 23 müəssisə və təşkilat ləğv edilib.

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et