Azərbaycanda 10 bankın mənfəəti artıb | Banco.az

Azərbaycanda 10 bankın mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun bu ilin yanvar-mart aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

Bunlar "Rabitəbank", "PAŞA Bank", "Bank Respublika", "Yapı Kredi Bank Azərbaycan", "Kapital Bank", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Express Bank", "Unibank" və "Naxçıvan Bank"dır.

Adı çəkilən banklar arasında ən yüksək dinamika "Rabitəbank"da (31,9 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (31,1%) qeydə alınıb.

8 bankın - "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Zıraat Bank Azərbaycan", "Atabank", "Günay Bank", "Premium Bank", "AFB Bank" və "Bank Avrasiya"nın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Bank Avrasiya"da (99,6%), ən az azalma isə "Xalq Bank"da (4,3%) baş verib.

2 bankın - "Access Bank" və "Muğan Bank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 8,7 dəfə və 7,3 dəfə.

2 bankın - "Amrah Bank" və "AGBank"ın isə zərəri illik müqayisədə az olub. Müvafiq olaraq 68,5% və 83,5%.

5 bank - "Bank BTB", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "NBC Bank" və Pakistan Milli Bankının Bakı filalı bu ili I rübünü zərərlə, ötən ilin I rübünü mənfəətlə, 3 bank - "Bank VTB Azərbaycan", "Nikoyl Bank" və "Turan Bank" bu ilin yanvar-mart aylarını mənfəətlə, ötən ilin yanvar-mart aylarını isə zərərlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

 

9 BANK XALİS ZƏRƏR AÇIQLAYIB

30 bankdan 9-u bu ilin I rübünü zərərlə başa vurub.

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "NBC Bank", "Amrah Bank", "Bank BTB", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Muğan Bank" və "Access Bank"dır. Zərərliliyin ən yüksək həddi "Access Bank"da (74,6 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (117 min manat) qeydə alınıb.

Qalan 21 bank isə 2018-cu ilin yanvar-mart aylarından mənfəətlə çıxıb. Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı" (130,345 milyon manat), ən az mənfəət əldə edən bank isə "Bank Avrasiya" (14 min manat) olub.

© "Renkinq", Marja

Ən sərfəli krediti almaq üçün müraciət et