Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 19% artıb | Banco.az

Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 19% artıb

Ötən ay Azərbaycana 62 791 nəfər Gürcüstan vətəndaşı səfər edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq statistik məlumatında bildirilib.

Fevral ayı ilə müqayisədə Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 10 038 nəfər və ya 19% artıb. Azərbaycan mart ayında Gürcüstan vətəndaşlarının Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə olub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ay Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 146 843 nəfər təşkil edib ki, onların da 20 nəfərinə ölkəyə daxil olmağa qadağa qoyulub.

Gürcüstan vətəndaşlarının mart ayında ən çox səfər etdikləri üçüncü ölkə Ermənistan olub. Ötən ay bu ölkəni 26 377 nəfər Gürcüstan vətəndaşı ziyarət edib. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et