Azərbaycana qaz dollarlarının daxil olması kəskin artıb | Banco.az

Azərbaycana qaz dollarlarının daxil olması kəskin artıb

2019-cu ilin 1-ci rübü ərzində (yanvar-mart) Azərbaycandan 425 milyon 389 min dollar dəyərində 2 milyard 971 milyon kub metr təbii qaz ixrac edilib. 

Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründəkindən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin 1-ci rübündə Azərbaycandan 168 milyon 372 min dollar dəyərində 938 milyon 931 min kub metr qaz ixrac edilmişdi. 

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et