Azərbaycana investisiya qoyuluşu azalıb | Banco.az

Azərbaycana investisiya qoyuluşu azalıb

2018-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilmişdir. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artmışdır.

Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 71,1 faizi məhsul istehsalı obyektlərinin, 21,1 faizi xidmət sahələri üzrə obyektlərin, 7,8 faizi isə ümumi sahəsi 1097,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,6 faizini təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 24,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et