Azərbaycana içki idxalı azalıb | Banco.az

Azərbaycana içki idxalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18,934 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,569 milyon dollar və yaxud təxminən 2 dəfə çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1%-ni təşkil edib.

8 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 47,623 milyon dollar olub. Bu isə bir il əvvələ nisbətən 11,05 milyonn dollar və yaxud 18,8% azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,5%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 8 aylıq ticarət dövriyyəsinin 13,52 milyard dolları ixracın, 9,382 milyard dolları isə idxalın payına düşüb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç