Azərbaycana avtomobil idxalı 2 DƏFƏ ARTIB | Banco.az

Azərbaycana avtomobil idxalı 2 DƏFƏ ARTIB

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Bu ilin ilk səkkiz ayı ərzində ölkəyə 24 088 minik maşını idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə  2 dəfə çoxdur. İdxal olunan avtobusların  sayı 246 (2,5 dəfə artım), 2 262 yük maşını (69,8 faiz artım), 99 xüsusi təyinatlı nəqliyyat vasitəsi (22 ədəd artım) idxal olunub.

Ən sərfəli kredit üçün müraciət et

İdxal, həcminin ümumi məbləğinə gəldikdə isə, hesabat dövründə idxal olunan nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin dəyəri 749,131 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə təxminən 35,3 faiz çoxdur.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et