Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 2 dəfə aşağı salır | Banco.az

Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 2 dəfə aşağı salır

2019-cu il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2 334,8 mln. manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 72 mln. manat, yaxud 3,2% çoxdur.

Bu xərclərin 172,6 mln. manat hissəsini daxili dövlət borcuna xidmət xərcləri (2018-ci illə müqayisədə 69,4 mln. manat çox), 2 162,2 mln. manatının isə xarici xarici dövlət borcuna xidmət xərcləri təşkil edir. (2018-ci illə müqayisədə 2,6 mln. manat çox)

Daxili dövlət borcuna xidmət xərclərinin 2019-cu illin proqnozunda artmasına səbəb qiymətli kağızlar bazarının inkişafı məqsədilə emissiya edilən dövlət istiqrazlarının həcminin artması və “Azərbaycan Beynəlxalq Bankı”ASC-nin problemli aktivlərinin satınalınması üçün “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən buraxılmış dövlət zəmanətli veksellər üzrə 2019-cu ildə ödənilməsi nəzərdə tutulan faiz borcu olub.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 500 mln. manat (2018-cilə nisbətən 200 mln. manat və yaxud 28,6% az), xarici dövlət borclanmasının yuxarı həddi mlrd. manat (2018-ci iə nisbətən 1,15 mlrd. manat və yaxud 53,5% az) və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat məbləğində proqnozlaşdırılır. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et