Azərbaycan xaricdə 6 milyard dollar sərmayə qoyub | Banco.az

Azərbaycan xaricdə 6 milyard dollar sərmayə qoyub

2014-cü ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivləri 6 milyard dollar təşkil edib. Məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən ilin birinci yarısının yekunları üzrə tədiyyə balansında deyilir.

Tədiyyə balansına əsasən, bu məbləğ xaricdə həyata keçirilən birbaşa investisiyalar (367,2 milyon dollar), portfel investisiyaları (104,8 milyon dollar) və digər investisiyalar (5573,6 milyon dollar) hesabına formalaşıb.

Azərbaycan tərəfindən birbaşa investisiyaların 266,8 milyon dolları neft-qaz sektoruna, 100,4 milyon dollar isə digər sektorlara qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Digər investisiyalara ticarət kreditləri və avanslar (2923,1 milyon dollar), kreditlər və borclar (56,9 milyon dollar), depozitlər və nağd pullar (2593,6 milyon dollar) aiddir.

2014-cü ilin I yarısında Azərbaycanın öhdəlikləri 4552,3 milyon dollar məbləğində formalaşıb ki, bunun 2071,4 milyon dolları birbaşa investisiyaların, 1747,7 milyon dolları isə portfel investisiyaların payına düşür.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et