Azərbaycan və Gürcüstanda kreditlər nəyə xərclənir? | Banco.az

Azərbaycan və Gürcüstanda kreditlər nəyə xərclənir?

Banco.az saytı olaraq, Azərbaycan və Gürcüstanda sahələr üzrə kredit qoyuluşlarını müqayisə şəkildə təhlil etdik.

Azərbaycanda kredit qoyuluşları əsasən ev təsərrüfatlarına verilən kreditləri əhatə edir ki, onun da kredit portfelində xüsusi çəkisi təxminən 43%-ə bərabərdir. Ümumi kredit qoyuluşlarının 15%-i təşkil edən ticarət və xidmət sektoruna ayrılan kreditlər Azərbaycan banklarının ən çox kredit verdiyi ikinci sahədir.

Halbuki, Gürcüstanda ən çox kredit qoyuluşları ticarət sektoruna ayrılır ki, bu da ümumi kredit portfelinin 37%-i təşkil edir. Gürcüstanda kredit qoyuluşlarının 27%-i isə sənaye sektoruna ayrılmış kreditlər təşkil edir.

Qeyd edək ki, Gürcüstanda kredit qoyuluşlarının əksəriyyəti ticarət (37%) və sənaye (27%) sektoruna yönəldilmişdir. Yerdə qalan ayrı-ayrı sektorların ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 1-6% arasında dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda kredit qoyuluşlarının sahələr üzrə nisbəti nisbətən fərqlidir. Belə ki, ev təsərrüfatına ayrılan kreditlər yüksək çəkisi ilə seçilsə də, ticarət və xidmət (15%), inşaat və əmlak (14%) və sənaye və istehsal sektorları (12%) arasında kəskin fərq nəzərə çarpmır. Yerdə qalan sektorların isə ayrılıqda xüsusi çəkisi 1-5% arasında dəyişir.

Lakin onu da qeyd edək ki, Azərbaycanda bank aktivlərinin ümumi həcmi Gürcüstanın bank aktivlərinin ümumi həcmindən təxminən 2 dəfə yüksəkdir. Bu səbəbdən də analiz faizlərin müqayisəli təhlili əsasında aparılmışdır. Daha ətraflı: Azərbaycan bank sektorunda regionun ən güclüsüdür

Diqqətinizə kredit qoyuluşlarının sahələr üzrə struktrunu manat ekvivalentində təqdim edirik. 

Ən sərfəli krediti almaq üçün müraciət et