“Azərbaycan və Gürcüstan Qazaxıstandan taxıl idxalını artırmaq niyyətindədir” | Banco.az

“Azərbaycan və Gürcüstan Qazaxıstandan taxıl idxalını artırmaq niyyətindədir”

Bunu Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Gülmirə İsayeva bildirib.

Qazaxıstan rəsmisi deyib ki, taxıl ixracının artırılması istiqamətində Azərbaycan və Gürcüstan hökuməti ilə danışıqlar aparılır.

Onun sözlərinə görə, hər iki ölkə Qazaxıstandan 1 mln. tona yaxın taxıl idxal etməyə hazırdır.

G.İsayeva əlavə edib ki, hazırkı fəsildə Qazaxıstan İrana 1 mln. ton taxıl ixrac etməyi planlaşdırır. Qazaxıstan, İran və Rusiya arasında imzalanmış Memoranduma əsasən qazax ticarətçilərin İrana buğda satılmasına dair səlahiyyət verilib. İran dəyirmançıları taxılın birgə emalında maraqlıdırlar. "Bunun hesabına, Qazaxıstan unu üçüncü ölkələrin bazarlarına yenidən ixrac edilməsini davam etdirə bilər", - deyə kənd təsərrüfatı nazirinin müavini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Qazaxıstan Dəyirmançılar İttifaqının İdarə Heyətinin üzvü Mukan Abdiyev ötən il qeyd etmişdi ki, Azərbaycan Qazaxıstandan ildə təqribən 600 min ton taxıl idxal edir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et