"Azərbaycan üçün yeni artım mənbələri tapmaq əvvəlkindən daha vacibdir" | Banco.az

"Azərbaycan üçün yeni artım mənbələri tapmaq əvvəlkindən daha vacibdir"

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibki Şlomerin (Wiebke Schloemer) "Report"a müsahibəsi:

Azərbaycan IFC-yə qoşulandan indiyə qədər korporasiya Azərbaycana 500 milyon dollar ayırıb. Həyata keçirilən layihələrin effektivliyindən və nəticələrindən razısınızmı?

Böyük qlobal inkişaf institutu diqqətini özəl sektora cəmlədikcə IFC yoxsulluğa son qoymaq və çiçəklənməni təmin etmək üçün özəl sektora dəstəyini artırır. Biz Azərbaycanda özəl sektoru onillikdən çoxdur ki, dəstəkləyirik, yarım milyard dollardan çox investisiya yatırmışıq. Əlavə olaraq, IFC ticarət sektoruna 100 milyon dollar məbləğində dəstək göstərib və Bakı-Tbilisi-Ceyhan kəməri üçün 250 milyon dollar ayırıb.

İllərdir ki, IFC-nin investisiyaları özəl sektorun inkişafına dəstək vermək üçün məsəhət xarakterli layihələri əhatə edib. Bu layihələr investisiya mühiti ilə bağlı islahatlara dəstək verib: müxtəlif sahələrdə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi sahəsində bank sektoru çərçivəsində potensial yaratmağa kömək, maliyyə bazarı infrastrukturunun inkişafına dəstək və yaxşı korporativ idarəetmənin təşviqi.

Məsələn, Azərbaycan höküməti bizim məsləhətimizlə maliyyə infrastruktunun təkmilləşməsinə yardım etmək və kiçik biznesin kredit resusrlarına çıxışını təmin etmək üçün bir neçə ardıcıl islahatlar həyata keçirib. IFC-nin tövsiyəsi daşınmaz əmlak kimi aktivə sahib olmayan kiçik biznesə inventar, debitor borclar və avadanlıqlar da daxil olmaqla daşınar aktivlərdən girov kimi istifadə etməyə imkan verən qorunan əməliyyatlar haqqında qanunun hazırlanmasına kömək etdi. İslahat nəticəsində daşınar girov qeydiyyatı yarandı. Maliyyə sektorunun tənzimləyicisinin məlumatına əsasən, Azərbaycanda borcverənlər 2018-ci ilin mart ayından etibarən 32 000 borcalandan, o cümlədən kiçik biznesdən, kredit müraciəti qeydə alıb.

IFC-nin tövsiyəsi ilə hökumət həmçinin kredit büroları ilə bağlı müasir qanun qəbul edib və 2018-ci ildə ölkənin ilk kredit bürosunu yaradıb. Bu büro maliyyə institutlarının risklərini azaltmaqla və kreditləşməni asanlaşdırmaqla kredit məlumatlarının keyfiyyətini və çeşidlərini təkmilləşdirdi.

Bu yaxınlarda valyuta risklərinin daha yaxşı idarə olunması üçün Bank Respublika ilə saziş imzaladıq. Sazişin şərtlərinə görə IFC və Bank Respublika çarpaz valyuta svopu üzrə əməliyyatları icra edəcək. Bu əməliyyatlar banka ABŞ dollarında ifadə olunan maliyyələşməyə zəmanət verəcək və aktiv və öhdəliklərini daha yaxşı idarə etməyə imkan yaradacaq.

Bank bu əməliyyatlar vasitəsilə müştəriləri üçün uzun müddətli maliyyəyə çıxışı təkmilləşdirəcək və bu yolla ölkədə yerli biznesin inkişafına və iş yerlərinin yaranmasına səbəb olacaq.

Biz çox iş görmüşük. Lakin Azərbaycan yeni dövrün – islahatlar dövrünün kandarında olduğu üçün daha çox iş görmək olar. Biz bilirik ki, yeni investisiyalar yatıran, iş yerləri yaradan və məhsuldarlığı artıran firmaların olduğu özəl sektor iqtisadi artım üçün əhəmiyyətlidir. Bu hər bir ölkə üçün həqiqət olduğu halda Azərbaycan üçün daha uyğundur çünki bu ölkədə qeyri-neft sektoruna artımı asanlaşdıracaq şəraitin yaranması hal-hazırda daha çox əhəmiyyət kəsb edir. Deməli, Azərbaycan üçün yeni artım mənbələri tampaq əvvəlkindən daha vacibdir.

Ötən onillik ərzində Azrbaycan öz resurslarından yaxşı istifadə edib. Yoxsulluq azalıb, orta sinif böyüyüb, ölkə əhalisi arasında rihaf səviyyəsi yaxşılaşıb. Lakin, son hadisələrin fonunda, xüsusilə də neftin qiymətin aşağı olması şəraitində regiondaki ölkələr, o cümlədən Azərbaycan yeni iqtisadi reallığa uyğunlaşmalıdırlar.

Artımın yeni mənbələrindən istifadə edilməlidir və biz şadıq ki, hökumət bunu bilir və təkcə iqtisadi diversifikasiya üçün deyil, həmçinin özəl sektorun bu diversifikasiyanın aparıcı qüvvəsi olması üçün addımlar atır. Həqiqətən də sürətli və davamlı tərəqqi üçün əsas qüvvələrdən biri özəl sektoru artımın əsas qüvvəsi kimi mərkəzə gətirməkdir.

IFC davamlı inkişafı və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə davam edəcək.

Azərbaycanın borclanma ilə bağlı yeni strategiyası var. Bu kontekstdən yanaşsaq, rəsmi Bakı və IFC arasında hansı layihələr və əməkdaşlığın yeni istiqamətləri müzakirə olunur?

Bizim 2016-2020-ci illəri əhatə edən ölkə üzrə tərəfdaşlıq çərçivəmiz Azərbaycanda Dünya Bank Qrupunun əməliyyatlar strategiyasına daxildir. Əsas məqsədimiz davamlı, inkluziv və aparıcı qüvvəsi özəl sektor olan inkişaf istiqamətində ölkəyə yardım etməkdir.

Dünya Bankı Qrupunun özəl sektor qolu kimi IFC şirkətlərin qeyri-neft sektoruna investisiya yatırmasını asanlaşdırmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Biz beynəlxalq biznes tənzimlənməsi və investisiya siyasəti və təşviqi sahələrində peşəkarları ölkəyə gətirməklə hökumətə dəstək veririk və kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətliliyini artırmaq üçün yardım edirik.

Biznesə şərait yaradan mühiti inkişaf etdirmək və qeyri-neft sektoruna xarici birbaşa investisiyaların yatırılması üçün ölkəni daha cəlbedici etmək üçün hökumətin artan cəhdlərinə cavab olaraq IFC investisiya mühiti ilə bağlı ishalatlarını dəstəkləməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq biz elektron və rəqəmsal maliyyə xidmətləri layihəsini həyata keçiririk. Bu layihə fərdi və kiçik biznes üçün rəqəmsal maliyyə xidmətlərini təkmilləşdirməklə maliyyə daxilolmalarını böyütməyə kömək edir. Layihənin məqsədi qanunverici və tənzimləyə və baza yaratmaqla filiallarda görtərilən xidmətlər zamanı çətinliklərlə üzləşən müştərilər üçün maliyyə xidmətlərini inkişaf etdirərək müasir elektron bank xidmətləri təqdim etməyə yardım etməkdir. Layihə həmçinin maliyyə xidmətlərinin rəqəmsallaşmasına yol açan ekosistem yaratmağa kömək etməyə institusional və bazar dəstəyi göstərəcək.

Bu tövsiyə xarakterli layihələr bizim donor tərəfdaşımız olan İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.

IFC 20 ildən artıqdır ki, ölkəyə investisiya yatırır və biz özəl sektora birbaşa investisiyalar üçün imkanları və kiçik və orta müəssisələrə kredit ayıracaq maliyyə institutlarını araşdırmağa davam edirik.

Nəhayət, IFC hökumətin dövlət-özəl tərəfdaşlıq layihələrinin strukturlaşdırmasına dəstəyinə sadiqdir. Müxtəlif sahələrdə PPP layihələrin strukturlaşdırılmasında olan qlobal təcrübəmizlə biz PPP əməliyyatına tövsiyə xarakterli dəstək vasitəsilə özəl investisiyaların cəlb edilməsinə, həmçinin özəlləşdirmədən əvvəlki və sonrakı investisiyaların strukturlaşdırılmasına yardım edə bilərik.

Azərbaycan investor cəlb etmək üçün müəyyən addımlar atır. Bu prosesin sürətlənməsi üçün IFC nələr təklif edir?

İnvestorların xarici ölkələrə investisiya yatırmaq qərarına təsir edəcək bir neçə əsas amil var - siyasi və iqtisadi sabitlik, bazarın ölçüsü, məsələn, biznes mübahisələri və mülkiyyət hüququnun qorunması üzrə məhkəmə-hüquq sisteminin işləməsi, əlverişli biznes mühiti, sektorda digər şirkətlərlə bərabər şərtli sahələr, iqtisadi infrastrukturun keyfiyyəti, və bacarıqlı və ucuz əməyin mümkünlüyü.

İrəliyə doğru gedən makroiqtisadi və maliyyə sabitliyini təmin etmək vacibdir. Azərbaycan öz siyasətini əsas aparıcı qüvvəsi Xarici Birbaşa İnvestisiyalar (XBİ) olan siyasətə dəyişməlidir və o, bunu, siyasətini, investisiya üçün qanuni, tənzimləyici və institusional çərçivəni təkmilləşdirmək üçün islahatlar vasitəsilə daha effektiv investisiyalar üzrə dəyər təklifi yaratmaqla edə bilər.

XBİ dəyəri sadəcə onun gətirəcəyi kapitalla bağlı deyil, daha çox yerli - Azərbaycan biznesini qlobal iqtisadiyyata birləşdirəcək məhsuldar biliklə bağlıdır.

Heç bir siyasət qısa müddətdə iqtisadi diversifikasiyaya nail ola bilməz. Hər zaman, investisiya üçün əlverişli olan biznes mühitini təmin edən makro siyasətdən və müəyyən firmalara investisiya yatırmağa, risk almağa, innovasiya həyata keçirməyə, məhsuldarlığını təkmilləşdirməyə və əsas bazarlara çıxış əldə etməyə imkan verən mikro siyasətdən də istifadə edilməlidir.

Diversifikasiya beynəlmiləlləşmə deməkdir. Azərbaycan yerli biznesi beynəlxalq iqtisadiyyatda təşviq etmək üçün öz bacarıqlarını, standartlarını, institutlarını və koordinasiya mexanizmlərini yeniləməlidir.

Azərbaycanda daxili bazar kiçik olduğu müddətdə ölkə, nəqliyyat əlaqələrini genişləndirməklə və ticarətini ikitrəfli və çoxtərəfli azad ticarət və investisiya müqavilələri vasitəsilə həyata keçirməklə Avropa və Asiya bazarları ilə əlaqələrini daha da təkmiləşdirməlidir.

Xarici investisiyalarla bağlı qanunvericiliyi təkmilləşdirmək üçün edilən cəhdlər beynəlxalq standardalara uyğun olan hüquqi sistemin yaranmasına yönəldilməlidir. Həyata keçirilmə də eyni dərəcədə vacibdir.

Azərbaycan biznes üçün tənzimləyici çərçivənin sadələşdirilməsi məqsədi güdən islahatlara davam etməli və bazar mexanizmlərinin bürokratik müdaxilələr olmadan işləməsini təmin etməlidir.

Azərbaycan həmçinin rəqabətlilik və xarici birbaşa investisiyalar cəlbetmə potensialı olan sektorların inkişafını təmin etmək üçün iqtisadi infrastruktura dövlət investisiyalarının yatırılmasına da önəm verməlidir. Məsələn, aqrobiznesdə məhsul və saxlama təsisatları və loqistika kimi infrastruktur özəl sektor tərəfindən inkişaf etdirilir. Lakin özəl investorlar yaxşı yolu və suvarma sistemi olmayan sektora investisiya yatırmaq istəməyə bilərlər.

Yeni rəqabətqabiliyyətli sektorların inkişafı da həmçinin təkmilləşmiş işçi qüvvəsi tələb edir.

Beynəlxalq maliyyə institutları və inkişaf agentlikləri XBİ-lərin cəlb edilməsində xüsusi rol oynayır.

Dünya Bankı Qrupunun üzvü olan IFC XBİ layihələrə yatırdığı investisiyalara əlavə olaraq, hökumətlərə tövsiyə xarakterli xidmətlər göstərir, onlara xarici və yerli investisiyalardan gələn mənfəətin cəlb edilməsi, saxlanması artırılması istiqamətində kömək edir. Biz Azərbaycan hökumətinə bu sahələrdə tövsiyələr verməkdən çox məmnunuq.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et