Azərbaycan tərəfindən Çinə 1,7 milyard, Çindən Azərbaycana isə 800 milyon dollar investisiya yatırılıb | Banco.az

Azərbaycan tərəfindən Çinə 1,7 milyard, Çindən Azərbaycana isə 800 milyon dollar investisiya yatırılıb

Müştərək Aqrar-sənaye parkı yaradılması ilə bağlı Bakıda Azərbaycan-Çin arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Qeyd edilib ki, hazırda Aqrar-sənaye parkın yaradılması ilə bağlı işlər layihə mərhələsindədir.

Qeyd edək ki, Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et