Azərbaycan sığorta fondu təcili olaraq xarici krediti qaytaracaq | Banco.az

Azərbaycan sığorta fondu təcili olaraq xarici krediti qaytaracaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Almaniyanın KfW bankından cəlb edilmiş beş milyon avro həcmində krediti vaxtından əvvəl geri qaytaracaq.  

Bu barədə cümə günü fondun rəhbəri Azad Cavadov bildirib. 

Onun sözlərinə görə, kredit 2010-cu ildə ADIF-in kapitallaşdırılması üzrə proqram çərçivəsində cəlb edilib. 

“Fondun Müşahidə Şurasının son iclası çərçivəsində kreditin qaytarılması qərara alınıb. Belə ki, bizim bu vəsaitə artıq ehtiyacımız yoxdur”, - A.Cavadov deyib. 

Xatırladaq ki, kredit 40 il müddətinə illik 0,75 faizlə götürülmüşdü. 

A.Cavadovun daha öncə qeyd etdiyi kimi, hazırda fondun vəsaiti 80 milyon manatdır. Bundan başqa, Azərbaycan Maliyyə Nazirliyinin 800 milyon manat həcmində vekselləri fondun sərəncamındadır. Əgər ADIF onları 10 il müddətində istifadə etməsə, kapitala çevriləcək, digər tərəfdən isə fond istənilən an bu vekselləri nazirliyə qaytarıb, əvəzinə pul vəsaiti ala bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Əmanətlərin Sığorta Fondu 2007-ci ilin avqust ayının 13-də fəaliyyətə başlayıb. Sığortaların əmanətində ən yüksək faiz xarici valyutada üç faizdən ibarətdir. İllik faizin maksimal göstəricisi milli valyutada 15 faizdən yüksək olmamalıdır. 

“Əmanətlərin tam sığortalanmasına” dair qanuna müvafiq olaraq, əhalinin ADIF-in müəyyən etdiyi illik faiz göstəricisini keçməyən depozitləri əmanətin məbləğindən asılı olmayaraq, üç il ərzində sığortalanacaq. 

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et