“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəətində böyük artım | Banco.az

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəətində böyük artım

“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 9 ayını 6 milyon 646 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 41,2% artıb. “Azərbaycan Sənaye Bankı” ötən ilin eyni dövrünü 4 milyon 705 min manat xalis mənfəət ilə başa vurmuşdu.

2019-cu ilin yanvar-sentyabr dövründə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 28 milyon 805 min manat, cəmi xərcləri isə 20 milyon 125 min manat təşkil edib. Nəticədə Bankın 8 milyon 680 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətində 356 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, 1 milyon 678 min manat mənfəət vergisi ödənilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri 23 milyon 445 min manat, cəmi xərcləri 18 milyon 366 min manat, əməliyyat mənfəəti 5 milyon 79 min manat təşkil etmişdi. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri və əməliyyat mənfəəti artıb.

Ən sərfəli kredit üçün müraciət et

 

BANK BÖYÜYÜB

31 Sentyabr 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” 939 milyon 661 min manat cəmi aktivlərə, o cümlədən 314 milyon 685 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda Bank 822 milyon 311 min manat cəmi aktivlərə, o cümlədən 285 milyon 949 min manat kredit portfelinə malik idi .

“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə  məxsusdur. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et