Azərbaycan şəkər idxalını kəskin artırıb | Banco.az

Azərbaycan şəkər idxalını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 31,583 mln. ABŞ dolları dəyərində 84,906 min ton şəkər idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,697 mln. dollar (4 dəfə) və 67,458 min ton (4,9 dəfə) çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

Report

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç