Azərbaycan Rusiyaya kartof tədarükünün həcminə görə ikinci yerdədir | Banco.az

Azərbaycan Rusiyaya kartof tədarükünün həcminə görə ikinci yerdədir

Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyaya kartof idxalının həcminə görə ikinci yeri tutub.

Bu barədə “Rusiya İxracatçıları” vahid informasiya portalının məlumatında deyilir.

Rusiyaya kartof idxalının 14,1%-i Azərbaycanın payına düşür.

Rusiyaya kartof tədarükçülərinin reytinqi belədir: Misir (62,5%), Azərbaycan (14,1%), Çin (11,4%), Belarus (4,9%), Pakistan (4,5%), İsrail (2,3%).

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-noyabr aylarında Rusiya 204,4 mln.dollar dəyərində 550,537 min ton kartrof idxal edib.

Bu dövrdə Rusiyadan kartof ixracı 28% azalaraq 13,9 mln. dollar təşkil edib. Ümumi çəki 132,605 min tona bərabər olub.

Rusiyadan kartof ixracının əsas həcmi - 89,4% Ukraynanın payına düşüb. Növbəti yerlərdə Azərbaycan (3,5%), Qazaxıstan (3,1%), Belarus (1,9%) və digər ölkələr gəlir.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et