Azərbaycan Rusiya qarşısında 627 milyon dollar mənfidədir | Banco.az

Azərbaycan Rusiya qarşısında 627 milyon dollar mənfidədir

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 mlrd. 381 mln. 524,36 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 21,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) aylıq hesabatından məlum olur.

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,13%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Yanvar-iyun aylarında Azərbaycan Rusiyaya 377 mln. 454,86 min dollar dəyərində (artım 8,1%) məhsul ixrac edib. Bütövlükdə, bu dövrdə Azərbaycandan ixracın 3,78%-i Rusiyanın payına düşüb.

1-ci yarımillikdə Rusiyadan Azərbaycana idxalın həcmi  1 mlrd. 4 mln. 69,5 min dollar (artım 27,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,31% Rusiyadan tədarükün payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

 

Beləliklə, bu dövrdə Rusiya ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 626 mln. 614,64 min dollar təşkil edib.

2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906,07 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et