Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir | Banco.az

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

      15 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101070S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.2290 AZN (9.99%) ilə 99.3812 AZN (8.01%) arasında olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 383 623 000 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3056 AZN (8.99%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3451 AZN (8.4756%), istiqrazların yerləşdirilmiş həcmi isə 300 000 000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 12.09.2018.

Ən sərfəli krediti almaq üçün müraciət et