Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub | Banco.az

Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub. 

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə bütün ölkələri üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyədir (286 mln. dollar).

Ümumilikdə, ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et