Azərbaycan neftinin tədarükünə dair 100 milyon dollarlıq saziş | Banco.az

Azərbaycan neftinin tədarükünə dair 100 milyon dollarlıq saziş

ARDNŞ (SOCAR) Pakistana 100 milyon dollar məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalayıb. Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

“Ötən həftə İslamabadda 100 milyon dollar məbləğində Azərbaycan neftinin Pakistana tədarükünə dair saziş imzalanıb”, - səfir bildirib.

Onun sözlərinə görə, Pakistan “enerji ehtiyatlarının ciddi qıtlığı var və digər ölkələrdən neft alır”.

“Bu proses (neft alışı) hələ 2017-ci ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı başlayıb”, - S.X.Mohmand qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Diplomatın sözlərinə görə, Bu, Bakı ilə İslamabad arasında enerji sahəsində əməkdaşlığın yalnız başlanğıcıdır.”Gələcəkdə Azərbaycan tərəfindən Pakistanın enerji sektoruna sərmayələri gözlənilir. Sabah Bakıda Pakistanın nümayəndə heyətinin SOCAR-ın rəhbərliyi ilə görüşü çərçşivəsində bu və digər məsələlər müzakirə olunacaq”, - səfir vurğulayıb. 

©  “İnterfaks-Azərbaycan”

Ən sərfəli krediti almaq üçün müraciət et