Azərbaycan neftinin qiyməti 50 dollardan aşağı düşüb | Banco.az

Azərbaycan neftinin qiyməti 50 dollardan aşağı düşüb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,63 dollar yaxud 3,18% ucuzlaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,58 dollara bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,54, dünən isə 51,21 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et