Azərbaycan neft ixracını artırıb - 5 MİLYARD DOLLAR ƏLAVƏ QAZANC | Banco.az

Azərbaycan neft ixracını artırıb - 5 MİLYARD DOLLAR ƏLAVƏ QAZANC

2018-ci ildə Azərbaycandan 15 milyard 719 milyon 482 min dollar dəyərində 29 milyon 498 min 337 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib.

2017-ci illə müqayisədə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı miqdar ifadəsində 8%, dəyər ifadəsində isə 47% artıb.

2017-ci ildə Azərbaycandan 10 milyard 706 milyon 817 min dollar dəyərində 27 milyon 227 min  902 ton xam neft ixrac olunmuşdu. Neftin bahalaşmasına görə, bu il Azərbaycan neft ixracından 5 milyard 13 milyon dollar daha çox qazanıb. 

Ən sərfəli kredit üçün müraciət et

 

TƏBİİ QAZ GƏLİRİ DƏ ARTIB

2018-ci il ərzində Azərbaycan 7,9 mlrd. kubmetrdən çox təbii qaz ixrac edib.Bu miqdarda təbii qazın dəyəri 1 milyard 499 milyon ABŞ dollarından çox olub.

Ötən il təbii qaz ixracının Azərbaycanın ümumi ixracında payı 7,71% təşkil edib. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et