Azərbaycan nağd ödənişlərdən nə zaman tam şəkildə azad olacaq? | Banco.az

Azərbaycan nağd ödənişlərdən nə zaman tam şəkildə azad olacaq?

"Nağd pulların dövriyyədən kənarlaşdırılması üçün müəyyən müddət tələb olunur. Məsələn, hal-hazırda ABŞ və digər inkişaf etmiş ölkələrdə nağd ödəniş formasından demək olar ki, istifadə olunmur. Belə ki, həmin ölkələrdə bütün leqal ödənişlərin 95%-i nağdsız ödənişlərin payına düşür". Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov məlumat verib.

"Bütün bunlara yalnızca milli ödəniş sistemi vasitəsilə nail olunmamışdır. Ölkədə nağdsız ödəniş sisteminin inkişaf etidirilməsi üçün bütün ticarət məntəqələrinin POS-terminallarla təmin olunması vacibdir. Rusiyada POS-terminal sistemi zəif inkişaf etmişdir. Eyni vəziyyət Azərbaycan üçün də keçərlidir. Bu səbəbdən də nağd ödənişlərdən qısa müddət ərzində yaxa qurtaqmaq mümkünsüz görünür. Ölkədə nağdsız ödənişlərin inkişafını təmin edəcək önəmli amillərdən biri də əhalinin bu sistemin tətbiqinə hazırlıqlı olmasıdır", deyə ekspert vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov onu da qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən aparılmış hesablamalar ölkədə nağdsız ödəniş sisteminə keçid üçün əlverişli şəraitin olduğu faktını təsdiqləyir: "Bizim hesablamalarımıza görə, əgər Azərbaycan 2015-ci ildə milli ödəniş sisteminin tətbiqinə başlasa, o zaman 15 il sonra biz nağd ödənişlərdən bütünlüklə azad ola bilərik. Yəni, bütün ticarət məntəqələrinin POS-terminallarla təmin edilməsi və əhalinin bu məsələyə baxışını tamamilə dəyişməsi üçün Azərbaycana cəmi 15 illik bir müddət lazımdır".

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et