“Azərbaycan mövcud dövlət aktivlərini yenidən qiymətləndirməlidir" - Niyazi Səfərov | Banco.az

“Azərbaycan mövcud dövlət aktivlərini yenidən qiymətləndirməlidir" - Niyazi Səfərov

"Azərbaycan mövcud dövlət aktivlərini yenidən qiymətləndirməlidir".

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İnnovasiya klasterlərinin yaradılmasında  dövlət-özəl sektor  əməkdaşlığı: mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə” mövzusunda konfransda bildirib.

N. Səfərovun sözlərinə görə, ölkəmizin neft-qaz, dəmir filizi kimi zəngin ehtiyatlara malikdir: “Bu ehtiyatlar həm ölkəmizdə istifadə olunmalıdır, həm də ölkəmizdən xaricə ixrac olunmalıdır. Yaxın zamanlarda SOCAR-Polymer polietilen və propilen məhsullarının istehsalına başlayacaq və bu məhsullar da xaricə ixrac ediləcək”

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini deyib ki, SOCAR Polimerin qiymətləndirilməsinin birinci mərhələsi yekunlaşıb: "Hazırda təxminən 15-20 şirkətlə danışıqlar aparılır. Hansı ki, onlar Socar Polimerin istehsal etdiyi məhsullardan xammal kimi istifadə edəcək. Biz onların tələbatını və ehtiyaclarını öyrənirik".

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et