Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı – SON DƏQİQƏ | Banco.az

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı – SON DƏQİQƏ

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında faiz dəhlizinin parametrlərini elan etdi.

Elman Rüstəmov bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.  

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın sədri qeyd edib ki, faiz endirimi qərarı verilən zaman ölkə daxilindəki müsbət makro-iqtisadi vəziyyət və əlverişli xarici mühit nəzərə alınıb.

Qeyd edək ki, 2019-cu ilin Mart ayında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et