Azərbaycan Mərkəzi Bankı iş yerindən arayış olmadan kreditlərin verilməsini dayandırmağı tələb edir | Banco.az

Azərbaycan Mərkəzi Bankı iş yerindən arayış olmadan kreditlərin verilməsini dayandırmağı tələb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından istehlak kreditlərinin verilməsi üzərində nəzarəti gücləndirməyi tələb edib.

Ölkənin bank sektorundakı mənbələrdən Trend-ə verilən məlumata əsasən, AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan kreditlərin verilməsinin dayandırılması barədə göstərişin qeyd olunduğu məktubla müraciət edib.

Bank sektorunun əsas tənzimləyici bankı hesab olunan AMB tərəfindən həyata keçirilən monitorinqlər göstərib ki, fiziki şəxslərə təminatsız kreditlərin verilməsi ilə bəzi hallarda risklərin düzgün şəkildə qiymətləndirilməməsi kimi problemlər meydana çıxırdı. Bununla yanaşı, belə vəziyyətlərdə gəlirlərin mövcudluğunu təsdiq edən sənədlər tələb olunmurdu.

Mərkəzi Bank qeyd edib ki, belə hallar banklarda kreditlərin verilməsi qaydalarının 4.1.7 və 4.1.8-ci bəndlərinin tələblərini pozur. Bu qanun pozuntularının özləri isə bankların kredit portfelində riskli müştəri bazasının və sistem risklərinin artmasına səbəb ola bilər.

Bununla yanaşı, AMB vurğulayıb ki, tənzimləyici tərəfindən müəyyən olunan tələblərə əməl olunmadığı təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydalar tətbiq olunacaq.

Mənbədən alınan məlumatda qeyd olunub: "Bu, gələcəkdə mümkün risklərin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirdir. Əhaliyə kreditlərin verilməsi üzrə təsdiq edilmiş qayda mövcuddur və bu qayda kredit alan zaman iş yerindən arayış təqdim edilməsinin zəruriliyini vurğulayır. Tənzimləyici bu qaydanın tələblərinin pozulmadığını düşünsə də, həmin qaydaların icrası üzərində nəzarətin kifayət qədər güclü olmadığını hesab edir və banklara qaydalara əməl olunması istiqamətində göstəriş verildiyini bildirir”.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin müsahibi qeyd edib ki, AMB-nin tələbi bankların kredit portfellərinin keyfiyyətinin zəifləməsi və ya problemli kreditlərin həcminin artması ilə əlaqəli deyil.

“Ölkənin iri banklarının portfeli yüksək keyfiyyətə malikdir. Bu göstəriciyə baxmayaraq, borcla bağlı gərginliyin artdığını da unutmamaq lazımdır. Bu gərginlik profilaktik tədbirlərin tətbiqi üçün zərurət yaradır. Bununla yanaşı, Azərbaycanda bu göstərici Rusiya və digər qonşu dövlətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır", deyə müsahib bildirib.

2013-cu ilin yanvar-noyabr aylarında ölkə bankları iqtisadiyyatın kreditləşməsini 24.51%, illik hesablama üzrə isə 29.96% artırıb.

Mərkəzi Bank tərəfindən verilən məlumata əsasən, hesabat dövrünün yekunları üzrə banklara  15 245.3 milyon manat həcmində kredit ayrılıb.

2012-cu ilin yanvar-noyabr aylarının nəticələrinə əsasən, ümumi portfelin tərkibində 761,1 milyon manata qarşı 795 milyon manat (5.21%) həcmində borc və istiqrazın ödəmə vaxtı keçib. Vaxtı keçmiş kreditlərin Statistikası "Aqrarkredit" qeyri-bank kredit təşkilatının analoji borclarını nəzərə almır. Vaxtı keçmiş kreditlərin həcmi il ərzində 4.45% artıb.

Banco.az/Sevinc Ibadova

Ən sərfəli krediti almaq üçün müraciət et