Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında investisiya cəlbediciliyinə görə ikincidir | Banco.az

Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında investisiya cəlbediciliyinə görə ikincidir

Rusiyanın "Avrasiya inkişafı" ekspert mərkəzi Mərkəzi Asiya və Cənubi Qafqazın səkkiz ölkəsinin investisiya cəlbediciliyi baxımından reytinqini tərtib edib. 

"Kommersant"a istinadən xəbər verilir ki, reytinqə Qazaxıstan başçılıq edir, Türkmənistan sonuncudur.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan isə reytinqdə ikinci yerdə qərarlaşıb. Ölkəmizi bazarın tutumu, resurs potensialı, iqtisadiyyatın şaxələndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi və investisiya cəlbediciliyinin artması səciyyələndirir. Bundan başqa, ölkəmizin əlverişli tranzit mövqeyə malik olduğu qeyd edilib.

Xarici siyasət riskləri arasında Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi təhlükəsi göstərilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et